Şuşanın işğalından 21 il ötür

Bu gün Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 21 il ötür
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada Məscidləri, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

سالگرد اشغال شوشا

امروز سالگرد اشغال شهر شوشا از شهرهای قره باغ اذربایجان توسط ارامنه است.شهر شوشا در اذربایجان به شهر موسیقی و موزه های تاریخی معروف است.(چنانكه اوزییر حاجی بیف موسیقیدان معروف دنیا و كارگردان فیلم  مشدی عباد در این شهر متولد شده است )این شهر تاریخی مسكن انسانهای اولیه میباشد.ارامنه این شهر را در  ۷و8می سال۱۹۹۲ با قتل عام۶۰۰ نفر اشغال كردند.متاسفانه ارامنه بعد از اشغال این شهر تمام اثار قدیمی و تاریخی ان را از بین بردند.البته بسیاری از ارامنه این عمل حزب داشناكسیون را تقبیح كردند.