باخیش
شنبه 11 شهریور 1391
بؤلوم | یازار : ماكولو هاراي


Atalar sözü- Məsəllər

Ağac bar verəndə başını aşağı əyər.

Ağac əyildi sındı, igid əyildi öldü.

Ağil başda olar, yaşda olmaz.

Alim olmaq asandı, adam olmaq çətin.

Artıq tamah baş yayar.

Arxalı köpək qurd basar.

Bağa bax üzüm olsun, yeməyə üzün olsun.

Bir əldə iki qarpız tutmaq olmaz.

Vətənə gəldim, imana gəldim.

Qələmin ucu, qılıncın gücü.

Qonşu qonşuya baxar, canını oda yaxar.

Qorxaq gündə yuz yol ölər, igid ömründə bir yol.

Qorxan gözə çop düşər.

Quyuya su tökməklə quyu dolmaz.

Dağ-dağa qovuşmaz, insan-insana qovuşar.

Daldan atılan daş topuğa dəyər.

Dəmiri nəm çürüdər,

insanı qəm.

Doğru söz acı olar.

Dost başa baxar, düşmən ayağa.

Dost dar gündə tanınır.

Dost-dosta tən gərək, tən olmasa gen gərək.

Dost üzdən bəlli olar,düşmən gözdən.

Dost qədrini dost bilər.

Elə arxalanan igidin arxası yerə dəyməz.

Elm ağlın çırağıdır.

Elmin gücü, yıxar bürcü.

Elmsiz adam, meyvəsiz ağac.

Ehtiyat iğidin yaraşığıdır.

Əldən qalan əlli il qalar.

Zəhmət çəkməyən bal yeməz.

Igid ölər adı qalar, müxənnətin nəyi qalar?

Istəyirsən bol çörək, al əlinə bel, kürək.

Itə ataram, yada satmaram.

Işləməyən dişləməz.

Iş insanın cövhəridir.

Yayda işlə, qışda dışlə.

Yalan söz üz qızardar.

Yalançnın evinə od düşdü, heç kim inanmadı.

Yaxşı dostu yaman gündə sına.

Keçmə namərd körpüsündən.

Mərdi qova-qova namərd eləmə.

Nə doğrarsan aşına, o çıxar qaşına.

Nə əkərsən, onu biçərsən.

Ot kökü üstə bitər.

Özgə atına minən tez düşər.

Özgəyə quyu qazan özü düşər.

Örtülü bazar dostluğu pozar.

Sözün doğrusunu zarafatla deyərlər.

Söyləyən olma, dinləyən ol.

Söz böyüyün, su kiçiyindir.

Söz qılıncıdan kəsərlidir.

Ustadına kəc baxanın gözlərinə qan damar.

Hər şeyin təzəsi, dostun köhnəsi.


قایناق:http://www.durna.net